The EU imported 408.1 thousand tons of DRI in January-February
26/04/2025
China’s Baoshan iron & steel signals possible nationwide output cuts
29/04/2025

Mərakeşdə keçiriləcək dünya çempionatında, Türkiyə metal sahəsində imza atacaq.


28/04/2025

Türkiyə polad sektorunda gözünü 2030-cu ildə Mərakeşdə keçiriləcək Dünya Çempionatına dikib. ÇİB (Çelik İhracatçıları Birliği) Başçısı Adnan Aslan, Mərakeşin 38 stadion inşa edəcəyini bildirərək, “Sektorumuzun bu canlanmadan pay alacağını düşünürük,” deyib.

Ömer Temür Kazablanka – Afrikanın 5-ci böyük iqtisadiyyatı olan Mərakeş bölgənin yüksələn iqtisadiyyatı kimi diqqət çəkir. Türkiyə ilə güclü tarixi bağlara malik olan Mərakeşdə 220 türk şirkətinin 1 milyard dollar dəyərində yatırımı mövcuddur. 15 min nəfəri işlə təmin edən türk şirkətləri ölkə iqtisadiyyatına da böyük töhfə verirlər. Digər tərəfdən, türk podratçı şirkətləri bu günə qədər Mərakeşdə 4,2 milyard dollar dəyərində 93 layihəni uğurla həyata keçirib.

2030-cu ildə Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşan Mərakeşdə yeni tikiləcək stadion, infrastruktur və sürətli qatar layihələri türk şirkətlərinin marağını daha da artırır. Mərakeşin polad idxalında 30% bazar payı ilə ilk sırada yer alan Türkiyə, yeni layihələrlə bu ölkədəki mövcudluğunu daha da artırmağı hədəfləyir.

HƏDƏF 1 MİLYON TON

Çelik İhracatçıları Birliyi (ÇİB) İdarə Heyətinin sədri Adnan Aslan, ötən il Mərakeşə 472 min ton metal ixrac etdiklərini bildirib. O, Ən böyüyü 130 min nəfər tutumlu olmaqla, yeniləmələrlə birlikdə ümumilikdə 38 stadion inşa olunacaq. Bununla yanaşı, infrastruktur yenilənir, yollar çəkilir və sürətli qatar layihələri davam edir. Türkiyəli  podratçılar ilə yanaşı, polad sektorumuzun da bu hərəkətlilikdən pay alacağını düşünürük. Hətta bəzi türk şirkətləri ilə razılaşmaların artıq bağlandığını da bilirik. Yaxın vaxtlarda Mərakeşdə polad sektoru olaraq 1 milyon tonluq ixrac həcminə çata bilərik,” – deyə bildirib.

Aslan qeyd edib ki, sektor olaraq ilk rübü 4,8 milyon ton ixracla tamamlayaraq, ötən ilin eyni dövrü ilə müqayisədə həcmi 14% artırıblar. Dəyər baxımından isə 2% artımla 4 milyard dollara çatdıqlarını vurğulayıb. O, ili 5% artımla 18,5 milyard dollar ixracla başa vurmağı hədəflədiklərini qeyd edib. Bu ixrac artımına nail olmaq üçün tədbirlərə xüsusi önəm verdiklərini bildirən Aslan, “Bu ili Afrika ili elan etmişdik. Əvvəlcə Misirə, ardından Mərakeşə nümayəndə heyəti göndərdik. Gələn həftə Afinaya, daha sonra Hollandiyaya heyətlərimiz olacaq. İlin sonunadək ümumilikdə 8 ticarət heyəti təşkil etməyi planlaşdırırıq,” – deyə əlavə edib.

 

100 MİLYON DOLLARLIQ İŞ ƏLAQƏSİ QURULDU

Çelik İhracatçıları Birliyi, Mərakeşdəki mövcudluğunu gücləndirmək və yeni iş birlikləri qurmaq məqsədilə 21–23 aprel tarixlərində Kasablanka şəhərində sektoral ticarət toplantısı təşkil edib. Toplantıya 25 şirkətdən 38 nümayəndə qatılıb. Türk şirkətləri təxminən 300 ikitərəfli iş görüşməsi keçirib. Ticarət heyətinə Mərakeşdə böyük maraq olduğunu və ölkənin ən böyük istehsalçıları ilə birbaşa görüşlər baş tutduğunu bildirən Aslan, yalnız bu görüşmələr nəticəsində 100 milyon dollar dəyərində yeni müqavilələrin imzalanmasının mümkün olduğunu qeyd edib.

 

DÜNYANIN ƏN BÖYÜK STADİONU TİKİLƏCƏK

Dünyanın ən böyük futbol stadionu Mərakeşdə inşa olunacaq. Keçmiş Mərakeş kralı Qrand State Hassan II-nin adını daşıyacaq və təxminən 130 min nəfər tutuma malik olacaq bu stadion, Mərakeş milli futbol komandasının da ev stadionu olacaq.

 

Mənbə: Türkiye Gazetesi