Port of Liverpool sees record steel imports
02/04/2025
Egypt’s iron ore imports to rise by about $1.7 billion in 2024
02/04/2025

Azərbaycanda metaldan konstruksiyalar istehsalı 30%-dən çox artıb


02/04/2025

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 3 920 ton metaldan konstruksiyalar istehsal edilib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 948 ton və ya 31,9% çoxdur. Belə ki, ötən ilin ilk iki ayında ölkədə 2 972 ton metaldan konstruksiyalar istehsal olunub.

2025-ci ilin martın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 10 871 ton təşkil edib.

Qeyd edək ki, metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-fevral aylarında 190,9 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə metallurgiya sənayesi məhsullarının istehsalında 5,9%, hazır metal məmulatlarının istehsalı sahəsində isə 9,0% azalma müşahidə olunub.

2025-сi ilin yanvar-fevral aylarında metallurgiya sənayesi üzrə alüminium məmulatlarının istehsalı 13,1%, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə izolyasiyası olmayan çoxnaqilli məftil, troslar və oxşar məmulatların istehsalı isə 11,2% azalıb.

 

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.